Sol zolaqda söhbət edən sürücü yolu kəsib hərəkəti məhdudlaşdırdı VİDEO

17.07.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 23-də, paytaxtın Azadlıq prospektində qeydə alınıb. Belə ki, 10-GY-112 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü yaşıl işıq yanan zaman hərəkətə başlamayıb. Digər zolaqlardakı avtomobillər sərbəst şəkildə yollarına davam etsələr də, sol zolaqdakı avtomobillər bu sürücüyə görə dayanmalı olublar. O, yolun kənarındakı şəxslə söhbət edərək sürücülərin qırmızı işıqda dayanmasına səbəb olub.

Sürücülərin narazılığına səbəb olan həmin hadisənin videogörüntüsünü təqdim edirik.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью