Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Manevr qaydasını pozan sürücü yolda digər sürücüyə təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 1-də, Binəqədi-Novxanı yolunda qeydə alınıb.
Belə ki, 77-YK-613 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü yolun kənarında sərnişin düşürdükdən sonra hərəkətə başlayıb. Lakin o, sola dönmək üçün əvvəlcədən müvafiq kənar vəziyyət seçmədiyi üçün digər sürücüyə qəza şəraiti yaradıb. Görüntüdən də aydın şəkildə görünür ki, sol zolaqdakı sürücü tormoz verərək qəzanın qarşısını ala bilib.
Fərid