Sole üçün mövsüm erkən bitdi

27.11.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə təmsilçisi "Göztəpə"nin yarımmüdafiəçisi İsaak Sole üçün mövsüm erkən başa çatıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, fransalı oyunçu Super Liqanın XII turunda keçirdikləri görüşdə - "Beşiktaş"ı səfərdə yendikləri matçda (4:2) çarpaz diz bağlarından zədə alıb.

23 yaşlı futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью