Solnada nə qədər azərbaycanlı olacaq?

19.11.2024

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Yığmamız bu gün Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçin qonağı olacaq. Hər nə qədər qələbəyə inanmaq çətin olsa da, biz yenə də inanırıq.
Bəs İsveçdə oyuna azarkeş marağı necədi? Azərbaycanlı azarkeşlər üçün nə qədər yer ayrılıb? Ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları stadionda olacaqmı?
“Football-plus.az”ın suallarına AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli cavab verdi:


“Məndə olan bilgiyə görə, 10 min bilet satılıb. Təxminən 250-300 həmvətənimizin tribunada olacağı gözlənilir. Səfirin də oyuna gəlməsi gözlənilir”.


Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 23.45-də start götürəcək.
ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью