Solomon adalarında iki zəlzələ qeydə alınıb

24.02.2025

Icma.az, Dogru.az saytına istinadən bildirir.

Seysmoloqlar Solomon adalarında iki zəlzələ qeydə alıblar.

“İnterfaks”ın Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadən verdiyi məlumata görə, ilk zəlzələ Solomon adalarının paytaxtı Honiara şəhərindən 709 km şərqdə, Mərcan dənizi akvatoriyasında 6,3 bal gücündə qeydə alınıb.

Süleyman dənizində daha 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Buqenvil adasının sahillərindən təxminən 37 km qərbdə yerləşib.

Fevralın ortalarında Cənubi Kuril adaları sahillərində 5,9 bal gücündə zəlzələnin baş verdiyi bildirilirdi.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью