Solovyovu zəhərli pizza ilə öldürmək istədilər

26.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər.

“Yeni Sabah” TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistə qarşı sui-qəsd cəhdi işi ilə bağlı məhkəmə prosesində məlum olub.

Məhkəmə iclası zamanı iş üzrə təqsirləndirilən şəxslərdən olan Andrey Pronskinin evində qeydə alınan səs yazısı səsləndirilib.

Səs yazısında Solovyovun “Yandex yeda” ilə verdiyi sifarişin izlənilməsi, sifarişin ələ keçirilərək ona zəhər qatılması planlaşdırıldığı bildirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью