Solovyovun axtarışa verilməsinin təfərrüatları bəlli oldu

27.03.2026

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kommersant" qəzetinin keçmiş jurnalisti Vladimir Solovyova qarşı qaldırılan cinayət işi onun Rusiyada arzuolunmaz təşkilat kimi tanınan “Karnegi Fondu” ilə əlaqəsi ilə bağlıdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, Solovyov fondla əməkdaşlıq edib.

Jurnalistə qarşı cinayət işi 26 mart cümə axşamı günü elan edilib. O, arzuolunmaz təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olunur. Solovyov qiyabi olaraq həbs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью