Şolts çamadanında nə daşıyır? VİDEO

02.12.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İki il yarımdan sonra ilk dəfə, dekabrın 2-də Almaniya kansleri Olaf Şolts Ukraynanın paytaxı Kiyevə səfər edib.

"Unikal" xəbər verir ki, Şoltsun Kiyev vağzalında qatardan əlində çamadanla düşməsi və daimi özü ilə daşıması diqqət çəkib. 

Bildirilir ki, Alamniya kanslerinin xaricə səfəri zamanı baqajını şəxsən özü daşıması çox qəribədir. 

"Rimowa" brendinə məxsus çamadanın qiyməti nə az, nə də çox düz 1190 avrodur. Bu Alman lüks baqaj və çanta markası 1898-ci ildən istehsal olunur. 120 ildən artıqdır ki, "Rimowa" markanın əlamətdar xüsusiyyətinə çevrilmiş qabırğalı, yüksək möhkəmlikli alüminium və ya ultra yüngül polikarbonat korpuslu çamadanlar istehsal edir.

Şoltsun çamadanındanın içindəkilər də maraq doğurub. Bəzi xarici media onun içərisində  Bavariya pivəsi, Ukraynaya vəd olunmuş pullar, danışıqlar üçün gizli sənədlərin olduğunu yazıblar.

Gülayə Mecid



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью