Şolts hökumətə etimadla bağlı Bundestaqa müraciət ünvanlayıb

11.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Almaniya Kansleri Olaf Şolts hökumətə etimadla bağlı Bundestaqa müraciət ünvanlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

"Bu gün səhər Almaniya Kansleri Olaf Şolts Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq etimad məsələsi ilə bağlı yazılı müraciəti imzalayıb", - o qeyd edib.

Sənəd Bundestaq sədrinin dəftərxanasına təqdim edilib.

"Bundestaqda etimad votumu ilə bağlı müzakirələr dekabrın 16-na planlaşdırılıb", - rəsmi nümayəndə bildirib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью