Şolts kansler postundan getdikdən sonra siyasəti tərk etmək niyyətindədir

14.02.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya kansleri Olaf Şolts bu postdan getdikdən sonra siyasətdən uzaqlaşmaq niyyətində olduğunu bildirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Jung & Naiv” videopodkastında deyib.

"Mənim "A" planım kansler vəzifəsinə yenidən seçilməkdir. Lakin hesab edirəm ki, bu o demək deyil ki, bundan sonra nə isə baş verməlidir", - o qeyd edib.

Kansler izah edib ki, o, bu postdan sonra yenidən adi vətəndaş olmaq istəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью