Şolts Kiyevə səfər edib

02.12.2024

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya kansleri Olaf Şolts bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Kansler bildirib ki, 1000 gündən artıqdır ki, Ukrayna özünü qəhrəmancasına Rusiyanın amansız təcavüzkar müharibəsinə qarşı müdafiə edir.

Onun sözlərinə görə, Almaniya Avropada Ukraynanın ən güclü dəstəkçisi olaraq qalacaq.

"Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüm zamanı mən 650 milyon avro dəyərində növbəti silah tədarükünü elan edəcəyəm, bu, dekabrın sonuna qədər çatdırılmalıdır. Biz dediyimizi edirik", - deyə Şolts vurğulayıb.

Qeyd edək ki, bu Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Şoltsun Ukraynaya ikinci səfəridir.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью