Şolts Putinə niyə zəng etdiyini açıqladı

17.11.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinə niyə zəng etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Süddeutsche Zeitung” qəzetinə danışıb.

Şoltsun fikrincə, Rusiya liderini başa düşməyin ən yaxşı yolu onunla danışmaqdır:

“Putinin beynində baş verənlərlə bağlı spekulyasiyalar irəli getməyimizə kömək edəcək. Biz bunu onunla danışmaqla öyrənə bilərik“.

Kansler Rusiya qoşunlarının cəbhədəki uğurunu nəzərə alaraq, Putinin Ukraynadakı münaqişə ilə bağlı danışıqlara necə razı ola biləcəyi sualına belə cavab verib:

“Rusiya lideri Ukrayna ilə bağlı müxtəlif razılaşmaların yalnız Rusiyanın maraqları nəzərə alındığı təqdirdə əldə oluna biləcəyini deyib“.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью