Şolts Suriyanın yeni liderini Əsəd üzərində qələbə münasibətilə təbrik edib

07.02.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya Kansleri Olaf Şolts Suriyanın keçid dövrü üçün Prezidenti Əhməd əş-Şəraanı Berlinin Suriyanın yenidən qurulmasını dəstəkləməyə hazır olduğuna əmin edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi məlumat verib.

Birsaatlıq telefon danışığı zamanı Şolts Suriya xalqını Bəşər Əsəd iqtidarının başa çatması münasibətilə təbrik edib və Suriyada bütün vətəndaşların iştirakını təmin edən inklüziv siyasi prosesin zəruriliyi ilə bağlı Əş-Şəraa ilə razılaşıb.

“Kansler Suriyada, regionda və bütün dünyada təhlükəsizlik üçün terrorla mübarizənin vacibliyini vurğulayıb”, - nümayəndə əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью