Şolts topal ördək adlandırıldı

10.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Almaniya hökuməti Demokratlar Partiyasının namizədi Kamala Harrisin seçilməsinə stavka qoymaqla səhvə yol verib.

Publika.az xəbər verir ki, bunu Almaniyanın Xristian-Demokratik İttifaqı Partiyasının sədri Fridrix Merts deyib.

“Donald Trampın yaxşı yaddaşı var. İndiki Almaniya hökuməti yeni ABŞ administrasiyasının hörmətindən yararlana bilməyəcək. Şolts hazırda beynəlxalq arenada topal ördəkdir", - Merts bildirib.

O, kansler seçiləcəyi təqdirdə ABŞ ilə münasibətlərdə Almaniyanın maraqlarını daha fəal müdafiə etmək və D.Trampla bərabər şərtlərlə danışmaq niyyətində olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью