​Şolts Trampa xəbərdarlıq etdi

11.01.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya Kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə riayət edilməsinin vacibliyini yenidən xatırladıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bunu O.Şolts Berlində Almaniya Sosial Demokrat Partiyasının federal qurultayında çıxışı zamanı bildirib.

Məlumata görə, bu Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi imkanına dair bəyanatlarla əlaqədardır.

Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi hər bir ölkəyə şamil edilir: "Bu prinsipə hər bir dövlət riayət etməlidir. Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn başlıca prinsipidir. Heç bir kiçik ölkə böyük qonşusundan qorxmamalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью