Şolts Trampı Zelenski haqda dediklərinə görə TƏNQİD ETDİ

19.02.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampı Ukraynalı həmkarı Volodimir Zelenski haqqında dediyi sözlərə görə tənqid edib.
Bizim.Media xəbər verir ki, Şolts bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Zelenskinin demokratik legitimliyini inkar etmək yanlış və təhlükəli qərarlıdır.
 

Müharibə şəraitində müntəzəm seçkilərin keçirilə bilməməsi Ukrayna Konstitusiyasının və seçki qanunlarının tələblərinə uyğundur. Heç kim fərqli bir şey düşünməməlidir”, - Almaniya kansleri qeyd edib.


Qeyd edək ki, Tramp Zelenskini “diktator” adlandırıb və onu səsvermə keçirməkdən imtina etməkdə ittiham edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью