Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu sözləri Almaniya kansleri Olaf Şots yerli radioların birinə açıqlamasında dilə gətirib. O, ABŞ Prezidenti Donald Trampın "müharibədə Ukrayna günahkardır" ittihamına reaksiya verib.
"Avropa İttifaqı qətiyyətlə bildirir ki, bu belə deyil. Hər halda, gələcək sülh şəraiti fonunda Ukrayna güclü ordu qurmalıdır. Bu məsələdə bütün Avropa İttifaqı və beynəlxalq, transatlantik tərəfdaşlarımız (ABŞ-ni nəzərdə tutur - red.) məsuliyyət daşıyır", - o vurğulayıb.
Tramp: "Zelenski diktatordur"
Xatırladaq ki, Donald Tramp özünün "Truth" hesabında Ukrayna Prezidenti Volodimir Zelenskini "seçkilərdən boyun qaçıran, ictimai sorğularda reytinqi gündən-günə düşən diktator, qalib gələ bilməyəcəyi müharibədən ötrü ABŞ-ni 350 milyard dollar ayırmağa inandıran ortabab gülüş ustası" adlandırıb.
"ABŞ məsələyə qarışmasa, Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarını qətiyyən apara bilməyəcək. Ukrayna çoxdan dağılıb, milyonlarla insanın əbəs yerə ölüb", - Tramp yazıb.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. "Avropa İttifaqı qətiyyətlə bildirir ki, bu belə deyil. Hər halda, gələcək sülh şəraiti fonunda Ukrayna güclü ordu qurmalıdır. Bu məsələdə bütün Avropa İttifaqı və beynəlxalq, transatlantik tərəfdaşlarımız (ABŞ-ni nəzərdə tutur - red.) məsuliyyət daşıyır", - o vurğulayıb.