Şoltz: Rusiya Ukrayna müharibəsi ilə bağlı bütün diplomatik imkanlardan istifadə etmək üçün çox səy göstərirəm

24.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Biz həmişə Ukraynadakı müharibənin Rusiya ilə NATO arasında ən dəhşətli nəticələrə səbəb ola biləcək müharibəyə çevrilməməsi üçün diqqət edirik”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu “Anadolu Agentliyi”nə müsahibəsində Almaniya kansleri Olaf Şoltz deyib.

O, Rusiyanın güc yolu ilə Ukraynanın bir hissəsini və ya hamısını öz ərazisinə birləşdirmək istədiyini, lakin bunun mümkün olmadığını qeyd edərək, bu səbəbdən ölkəsinin Ukraynanı dəstəkləməli olduğunu vurğulayıb: “Mən bütün diplomatik imkanlardan istifadə etmək üçün çox səy göstərirəm. Rusiya prezidenti ilə də danışmışam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью