Şoltz: Ukraynaya sülhməramlı qoşun göndərmək barədə danışmaq hələ çox tezdir

21.02.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynaya sülhməramlı qoşunların göndərilməsini müzakirə etmək hələ tezdir.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şoltz bildirib.

“Berlinin hərbi əməliyyatları dayandırmaq üçün Alman hərbçilərini göndərməyə hazır olub-olmaması məsələsi indiki vaxtda müzakirə etməli olduğumuz bir məsələ deyil",- Şoltz qeyd edib.

"Biz hələ atəşkəsdən çox uzağıq və beynəlxalq qoşunların, BMT qoşunlarının və ya başqa hansısa qüvvələrin orada rol oynayıb-oynamayacağı və ya bunun olub-olmaması barədə heç bir məlumatımız yoxdur,"-Şoltz vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью