Şolz hökumətə etimad məsələsini qaldıracaq

11.12.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Almaniya Kansleri Olaf Şolz dekabrın 11-də Almaniya parlamentinin aşağı palatasından fevralın sonunda erkən seçkilərə səbəb olacaq etimad səsverməsi keçirməyi xahiş edəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, bu qərar 2025-ci il büdcəsinin müzakirəsi zamanı hakim koalisiyaya daxil olan partiyalar arasında yaranan münaqişənin nəticəsi olub.

Qeyd edilib ki, noyabrda Almaniya prezidenti Frank-Valter Ştaynmayer Bundestaq üzvlərinin Şolz hökumətinə etimaddan imtina etməsi halında 2025-ci il fevralın 23-də növbədənkənar parlament seçkilərinin keçirilməsini təsdiqləyib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью