Şolz: Netanyahunun Almaniyada həbs olunacağını təsəvvür edə bilmirəm

03.04.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolz Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrail Nazirlər Kabinetinin rəhbərinə qarşı qüvvədə olan orderinə baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahunun Almaniyada həbsini təsəvvür edə bilmədiyini deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Şolz Berlində İordaniya kralı II Abdullah ilə birgə mətbuat konfransında Netanyahunun Macarıstandan sonra həbs olunacağından qorxmadan Almaniyaya səfər edib-etməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Mən onun Almaniyada həbs olunacağını təsəvvür belə edə bilmirəm", - deyə qeyd edib.

Netanyahu macar həmkarı Viktor Orbanla iki günlük danışıqlar aparmaq üçün cümə axşamı Budapeştə gedib. Bu Netanyahunun Fələstində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə keçən noyabrda Haaqadakı BCM-nin onun barəsində həbs qərarı çıxarmasından sonra Avropaya ilk səfəridir. Orban qərarı “absurd və biabırçı” adlandırıb.

O, israilli həmkarını əmin edib ki, Macarıstan məhkəmənin qərarına əməl etməyəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью