Şolz: Sülh əldə olunmayana qədər Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək

28.03.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolz Rusiyaya qarşı sanksiyaların hər hansı yumşaldılması ehtimalını rədd edib.

Bizimyol.info xəbər verir ki, "DW"in verdiyi məlumata görə, "Sülh əldə olunmayana qədər sanksiyaları ləğv etməyin mənası yoxdur" deyən Şolz cümə axşamı, martın 27-də Parisdə İstəklilər Koalisiyasının sammitinin yekunlaşmasından sonra bildirib.

"İndi sanksiyaların hər hansı yumşaldılması "ciddi səhv" olardı, çünki sülh hələ çox uzaqdadır. Aydındır ki, Rusiya əslində sülhün bərqərar olmasında maraqlı deyil", - deyə alman siyasətçi qeyd edib.

Şolz həmçinin bildirib ki, sanksiyalar siyasəti məsələsində ABŞ və Avropa indiyə qədər etdikləri kimi "açıq ortaq mövqe tutmalıdırlar". Onun fikrincə, Avropa və ABŞ Rusiyanı başa salmalıdır ki, "Ukraynanı dəstəkləmək fürsətindən istifadə etməyə davam edə biləcəyik".

Bundan əvvəl "The Economist" ABŞ sanksiyaları ləğv etsə belə, Avropanın Rusiya iqtisadiyyatına ciddi ziyan vuracağını yazmışdı. Ekspertlərin fikrincə, Rusiya Mərkəzi Bankının aktivlərinin böyük hissəsi Avropadadır və çox güman ki, dondurulmuş vəziyyətdə qalacaq.

Eyni zamanda ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Ukraynaya qarşı müharibəni dayandırmaq üçün lazım gələrsə, ölkəsi Rusiyaya qarşı sanksiyaları artırmaqdan çəkinməyəcək.

"Sıfırdan 10-a qədər bir şkala götürsək, düşünürəm ki, Bayden administrasiyası dövründə sanksiyalar yəqin ki, üçdə olar, halbuki onun səlahiyyət müddətinin sonunda onların altıya qaldırdılar. Sizi əmin edə bilərəm ki, biz onları onluğa çatdırmaqdan çəkinməzdik", - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью