Şolz: Tramp Kiyevdən yan keçməklə Putinlə sövdələşməyə getməyəcək

17.11.2024

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Kiyevdən yan keçməklə sövdələşməyə getməyəcək.

APA xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz “Suddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

Kansler deyib ki, o, Trampın Kiyevdən yan keçərək, Ukrayna üzrə Putinlə müqavilə bağlamağı planlaşdırdığına dair heç bir əlamət görmür.

Şolz həmçinin Putinlə Ukraynadakı münaqişəni müzakirə etdiyini təsdiqləyib, lakin söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью