Icma.az bildirir, Bizimyol portalına istinadən.
Almaniya kansleri Olaf Şolzun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı baş tutub, söhbət zamanı geosiyasi çağırışlar və ikitərəfli münasibətlər müzakirə olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info bu barədə "Reuters" agentliyi Almaniya hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Kansler Almaniya hökumətinin iki ölkə arasında onilliklər boyu davam edən uğurlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb. Onlar həmçinin Avropada sülhün bərqərar olması üçün birgə işləmək barədə razılığa gəliblər”, - deyə Nazirlər Kabinetinin nümayəndəsi qeyd edib.
Respublikaçı Tramp noyabrın 5-də keçirilən seçkilərdə rəqibi, Demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib.
Qadir, Bizimyol.info