Somali BƏƏ nin səfirini ölkədən çıxarır

20.11.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

Somali hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirinə 72 saat ərzində ölkəni tərk etməyi tapşırıb, həmçinin öz səfirini Əbu-Dabidən geri çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Somalinin İnformasiya naziri Əbdülfətah Qasim Məhəmməd qərarı Moqadişuda keçirilən mətbuat konfransında açıqlayıb. O, BƏƏ-ni ölkənin daxili işlərinə müdaxilədə və “açıq işğal” həyata keçirməkdə ittiham edib.

BƏƏ Xarici İşlər Nazirliyi isə Somali hakimiyyətinin qərarından təəssüfləndiyini bildirib.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər, xüsusilə BƏƏ-nin Somaliland bölgəsinə dəstəyi və Somali limanları ilə bağlı əməkdaşlığı səbəbindən son dövrlərdə gərginləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью