Somali Bələdiyyə İşçiləri Birliyinin prezidenti BANM də olub

04.04.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Somali Həmkarlar İttifaqları Konqresinin (SOCOTU) və Somali Bələdiyyə İşçiləri Birliyinin (SOMWU) prezidenti Mohamed Osman Hacı Əli və SOCOTU-nun icraçı vitse-prezidenti xanım Hamdi Abdul Kadir Osman SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Bu barədə 525.az-a ali məktəbdən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımovla keçirilən görüşdə Somalinin ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın qurulması imkanları müzakirə edilib.

Rektor qeyd edib ki, ötən il “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülən Somali vətəndaşı BANM-də proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alır.

BANM 2025/2026-cı tədris ilində və növbəti illərdə Somalidən daha çox beynəlxalq tələbə cəlb etməyi və onlara mühəndislik, informasiya texnologiyaları və biznes sahələrində bilik və təcrübə qazandırmağı hədəfləyir.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью