Somali bu ölkənin səfirinə 72 saat vaxt verdi

19.11.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Somali hökuməti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirindən ölkənin suverenliyinə hörmətsizlik göstərdiyini əsas gətirərək 72 saat ərzində ölkəni tərk etməsini tələb edib. Moqadişu administrasiyası eyni zamanda Əbu-Dabidəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Somali informasiya naziri Əbdifatah Qasım Məhəmməd deyib.

O bildirib ki, müvafiq qərar baş nazir Həmzə Əbdi Barrenin sədrliyi ilə keçirilən hökumət iclasında qəbul edilib.

Həmçinin bildirilib ki, ölkənin birliyini qorumaq üçün diplomatik və siyasi tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, Somali Prezidenti Həsən Şeyx Mahmud BƏƏ-ni federal hökumətin nəzarətindən kənar silahlı qrupları dəstəkləməkdə və ölkənin birliyini zəiflətməkdə günahlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью