Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Somali dəniz quldurları daha əvvəl Ədən körfəzində ələ keçirdikləri, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Marsa Ocean Shipping” şirkətinə məxsus “MV Marsa Virgo” ticarət gəmisini azad ediblər.
Bu barədə “Garowe” portalı Somalinin yarımuxtar Puntland regionunun polis idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Panama bayrağı altında üzən gəminin ekipaj üzvləri xəsarət almayıb. Gəmi nəzərdə tutulan marşrut üzrə hərəkətini davam etdirib.