Somali ilə əməkdaşlıq ortaq maraqlara əsaslanır | Icma.az
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür.
Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir.
Azərbaycan – Somali diplomatik əlaqələri 2004-cü il mart ayının 22-də qurulub.
İki ölkə arasında münasibətlərin möhkəmlənməsinə ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan–Somali təmaslarının artması mühüm təsir göstərib.
Dövlətlər arasında bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, “yaşıl” enerji, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur.
Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Somali Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biridir.
Tam oxu
Xəbəri oxu