Somali mənşəli ətlər bu məqsədlə Azərbaycana gətirilib

26.01.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Azərbaycan bazarına Somali mənşəli ət məhsullarının satış məqsədilə çıxarıldığı barədə yayılan iddialara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) münasibət bildirib.

BAKU.WS xəbər verir ki, agentliyin sədr müavini Əziz Şərifov bildirib ki, Somalidən Azərbaycana kommersiya məqsədilə – yəni satış, ticarət və ya iaşə obyektlərində istifadə üçün heç bir ət məhsulu idxal edilmir. Bildirilib ki, ölkəyə gətirilən Somali mənşəli ət partiyası yalnız humanitar yardım xarakteri daşıyır.

Ümumilikdə 46,5 ton ət məhsulu 2025-ci il oktyabrın 13-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında ölkəyə daxil olub. Sözügedən ət məhsulları Səudiyyə Ərəbistanında kəsilmiş Somali mənşəli heyvanlara aiddir və qurban əti kimi ehtiyacı olanlara yardım məqsədilə paylanması üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью