Somali ordusu Əl Şəbab ın ələ keçirdiyi qəsəbələri geri alıb

09.04.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Somali ordusu "Əl-Şəbab"ın ələ keçirdiyi qəsəbələri geri alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Somalinin informasiya nazirinin müavini Abdirahman Yusuf Aladala mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Somali ordusu terror təşkilatı "Əl-Şəbab" yaraqlıları tərəfindən qısa müddət ərzində ələ keçirilən qəsəbələrə qarşı uğurlu əməliyyatlar keçirib: "Xüsusilə Orta Şebel bölgəsindəki qəsəbə və kəndlər sürətli əməliyyatlarla geri alınıb. Yaraqlılar böyük itkilər verib".

Nazir müavini qeyd edib ki, ordu hissələri müxtəlif istiqamətlərdən bölgəyə hücumu davam etdirir: "Artıq Hiran bölgəsi də azad olunmaq üzrədir"

Tahir Şəlvəli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью