Somali terrorçu qruplaşmanın 20 dən çox üzvünü zərərsizləşdirib

05.04.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Somali ordusu ölkənin cənub-şərqində həyata keçirilən hərbi əməliyyat zamanı terrorçu "əş-Şəbab" hərəkatının 20-dən çox üzvünün məhv edildiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Somali Ordu Komandanlığının bəyanatında deyilir. Bildirilib ki, əl-Kövsər rayonunun ərazisində aparılan əməliyyat zamanı "əş-Şəbab" qruplaşmasına məxsus xeyli sayda silah və sursat ələ keçirilib.

Bəyanatda, həmçinin Somali ordusunun "əş-Şəbab" qruplaşmasını zərərsizləşdirməyə davam edəcəyi vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью