Somali və Türkiyə donanmaları 14 piratı zərərsizləşdirib

31.08.2026

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

10 gün davam edən əməliyyat zamanı hücumu həyata keçirən terrorçu qrup məhv edilib

Somali və Türkiyə donanmaları türk silahlarını daşıyan qaçırılmış gəmini azad etmək üçün birgə əməliyyatda 14 piratı öldürüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Somali Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

"Türkiyə Hərbi Dəniz Qüvvələri Somali qüvvələri ilə birlikdə 17 avqustda Cifleh sahillərində aşkar edilən “MV Latuf” gəmisini saxlayıb. 10 gün davam edən əməliyyat zamanı hücumu həyata keçirən terrorçu qrup məhv edilib. 14 pirat öldürülüb", - deyə məlumatda qeyd edilib.

Somali Müdafiə Nazirliyi həmçinin Türkiyəyə sərhədlərinin və ərazi sularının qorunmasında göstərdiyi köməyə görə təşəkkür edib.

"Türkiye Gazetesi"nin məlumatına görə, piratlar 17 avqustda Cifleh sahillərində Kamerun bayrağı altında üzən gəmini ələ keçiriblər. Gəmidə Türkiyə silahları, rabitə avadanlığı və peyk sistemləri Moqadişudakı Türkiyə hərbi təlim mərkəzinə çatdırılmaq üçün daşınırmış.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью