Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Somalinin Qalmuduq bölgəsinin paytaxtı Dusmareb şəhərinin hava limanında faciəvi hadisə baş verib.
Axar.az xəbər verir ki, polis rəisi Maalin Mahdini müşayiət edən mühafizəçi Muxtar Qasım təyyarədən enərkən hələ də fırlanan pərvanəyə çırpılaraq həyatını itirib.
Pərvanənin onun baş və boyun nahiyəsinə dəyməsi nəticəsində mühafizəçi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Kadrlarda təyyarənin mühərrikinin hələ söndürülmədiyi və pərvanənin fırlanmağa davam etdiyi görünür.