Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qahirə, 30 sentyabr, AZƏRTAC
Somalidə gəmidə girov saxlanılan səkkiz misirli dənizçi azad edilib.
AZƏRTAC xəbər verir ki, bunu Misirin Xarici İşlər Nazirliyi açıqlayıb.
Qeyd olunur ki, dənizçilər mayın 2-dən Somalinin Puntland bölgəsi sahillərində “MT Eureka” gəmisində girov saxlanılırdılar.
Gəmi həmin vaxt Yəmənin Şəbva vilayəti sahillərində qaçırılıb. Yəmən Sahil Mühafizəsinin məlumatına əsasən, silahlı şəxslər gəmiyə daxil olaraq onun idarəetməsini ələ keçirib və gəmini Ədən körfəzi istiqamətində, Somali sahillərinə doğru aparıblar.
Gəmini qaçıranlar barədə məlumat verilməyib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə