Somalidə hava əməliyyatı zamanı əş Şəbab ın 25 üzvü öldürülüb

19.07.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Somali Silahlı Qüvvələrinin beynəlxalq tərəfdaşları ilə birgə ölkənin cənub-mərkəzində yerləşən Sulay rayonunda "əl-Qaidə" terror təşkilatı ilə əlaqəli "əş-Şəbab" hərəkatının mövqelərinə qarşı hava hücumu həyata keçirib. Nəticədə 25 silahlı öldürülüb, 18-i isə yaralnıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, silahlı qruplaşmanın dörd üzvü könüllü şəkildə təslim olub, digər bir qrup isə ciddi itkilər verdikdən sonra silahlarını ataraq hadisə yerindən qaçıb.

Nazirlik qeyd edib ki, əməliyyat Somali Silahlı Qüvvələrinin beynəlxalq tərəfdaşları ilə birlikdə "əş-Şəbab"ın döyüş imkanlarının zəiflədilməsi, qruplaşma üzvlərinin tamamilə zərərsizləşdirilməsi məqsədilə həyata keçirdiyi davamlı hərbi kampaniyanın tərkib hissəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью