Somalidə hərbi baza yaxınlığında güclü partlayış olub

18.05.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Somalinin paytaxtı Moqadişoda Damaanyo hərbi bazası yaxınlığında güclü partlayış olub.

APA xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Somali Milli Ordusuna qoşulmaq üçün namizədlərin qeydiyyatdan keçmək üçün növbə gözlədikləri ərazidə bir şəxs partlayıcı qurğunu işə salıb.

Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hücuma görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью