Somalidə Türkiyəyə dəstək nümayişləri

16.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Somalililər ölkənin müxtəlif yerlərində Türkiyəyə Somaliyə verdiyi dəstəyə görə təşəkkür nümayişləri keçiriblər.

Cənub-qərb əyalətinin Baydhabo, Berdale, Afgoye, Wanna Wanlaweyn və Jazeera rayonlarında somalililər stadionları və küçələri dolduraraq Türkiyənin ölkələrinə verdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi dəstək nümayişlərində somalililər Türkiyə və Somali bayraqlarını dalğalandırıb və böyük bir Türk bayrağını açıblar.

Dəstək nümayişlərində Prezident Rəcəb Tayyib Ərdoğan və Somali Prezidenti Həsən Şeyx Mahmudun plakatları yan-yana nümayiş etdirilib.

Nümayişçilər həmçinin iki ölkə arasındakı münasibətlərə dəstək mesajı göndəriblər.

Nümayişçilərin daşıdığı pankartlarda “Türkiyə Somalinin böyük qardaşıdır və çətin anlarda həmişə Somalinin yanında olub” və “Qədim qardaşlıq Somali ilə Türkiyəni bir-birinə bağlayır” yazıları yazıblar.

Somaliyə verdiyi dəstəyə görə, Türkiyəyə təşəkkür etmək üçün təşkil edilən nümayişlər bu gün də davam edəcək. 

Somali Baş Nazirliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini Nəsra Bəşir Əli rəsmi Facebook hesabında nümayişin görüntülərini paylaşıb. N.Əli paylaşımında bildirib ki, “Somalinin yanında olduğuna və ölkəyə verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür etmək üçün müxtəlif yerlərdə nümayişlər keçirilir. Təşəkkür edirəm, Türkiyə”.

Paylaşılan görüntülərdə, çoxlu qadının da daxil olduğu iştirakçıların tribunaları doldurduğu və Türkiyə və Somali bayraqlarını daşıdığı görünür.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью