Somalidən Azərbaycana satış məqsədilə ət gətirilir? AÇIQLAMA

26.01.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu AQTİ-nin İdarə heyətinin sədri Əli Nəbiyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, yalnız Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir:

"Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. Bu ət məhsulları qurban ətləri olub və ölkəyə humanitar məqsədlə gətirilib".

Qeyd edək ki, son dövrlər mediada Azərbaycana Somalidən ət gətirildiyi barədə xəbərlər yayılıb./Trend 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью