Somalili hakim ABŞ a buraxılmadı: DÇ arzusu yarımçıq qaldı

09.06.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Dünya çempionatında ədaləti qoruyacaq ilk somalili hakim olmağa hazırlaşan Omar Artan turnirdə iştirak edə bilməyəcək.

Apasport.az xəbər verir ki, buna onun ABŞ-a girişinə icazə verilməməsi səbəb olub.
Mayamidə saxlanılan referi ölkəyə buraxılmayıb və bundan sonra hakimlər siyahısından çıxarılıb.

Artan DÇ-2026 üçün seçilən hakimlər arasında yer almışdı. O, mundialda oyun idarə edəcəyi təqdirdə bunu bacaran ilk somalili referi kimi tarixə düşəcəkdi.

ABŞ tərəfi Omar Artanın ölkəyə buraxılmamasının dəqiq səbəbini açıqlamayıb. Gömrük və Sərhəd Mühafizəsi yalnız somalili referinin əlavə yoxlamadan sonra “yoxlama ilə bağlı narahatlıqlar” səbəbindən ABŞ-a girişinə icazə verilmədiyini bildirib. 
İddialara görə, bu hadisə Somalinin ABŞ-ın səyahət məhdudiyyəti tətbiq etdiyi ölkələr sırasında olması fonunda baş verib.

Qeyd edək ki, Omar Artan 2025-ci ildə Afrika Futbol Konfederasiyası tərəfindən ilin ən yaxşı kişi hakimi seçilmişdi. FIFA isə onun turnirdə iştirak edə bilməyəcəyini təsdiqləyib.

Niderland Özbəkistanı məğlub etdi: Son dəqiqə qolu FIFA-dan klublara böyük ödəniş: 355 milyon dollar “Çelsi” qapıçı axtarışında – Hədəfdə Mayk Menyan Mançini geri dönə bilər – İtaliya millisində məşqçi axtarışı “Feyenoord” istəyir – Qlazner “Milan”ı gözləyir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью