“Somalini dövlət hesab etmirəm” Tramp | Icma.az
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Somalini dövlət hesab etmədiyini bildirib."Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ Konqresinin Nümayəndələr Palatasının (Minnesota ştatından demokrat) Somalidən olan üzvü İlhan Öməri bir daha tənqid edərkən bildirib.Amerika liderinin fikrincə, Somali həqiqətən korrupsiyalaşmış bir yerdir.
"Bu, ölkə deyil. Onların hökuməti yoxdur, heç nələri yoxdur", - Tramp deyib. "Bu, geridə qalmış ölkədir, yəqin ki, ən pis ölkədir.
Dünyanın ən pis ölkəsi, ümumiyyətlə bir ölkə olduğunu söyləyirlər. Mən düşünmürəm ki, bu, ölkədir, orada heç bir təşkilat yoxdur.
Onların polisi, silahlı qüvvələri yoxdur, heç nələri yoxdur", - Tramp deyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu