Son 1 ay: Polis əcnəbilər Rusiyadan çıxaracaq

05.01.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müvafiq qanun qüvvəyə minən fevralın 5-dən polis əcnəbiləri Rusiyadan çıxarmaq hüququna malik olacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS yazır.

Bildirilir ki, əvvəllər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Rusiyadan yalnız hakimlər və sərhədçilər çıxara bilərdi. Fevralın 5-dən Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri belə səlahiyyətlərə malik olacaqlar.

Ərazi orqanlarının rəhbərləri və onların müavinləri, ərazi orqanlarının miqrasiya məsələləri üzrə struktur bölmələrinin rəhbərləri və onların müavinləri, habelə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının narkotiklərlə mübarizə üzrə struktur bölmələrinin rəhbərləri ölkədən çıxarılma ilə bağlı müvafiq qərar qəbul edə biləcəklər. 

Bundan əlavə, xarici vətəndaşların Rusiyada qalma rejiminin pozulması ilə bağlı bir sıra qanun pozuntularına görə, xətti nəqliyyat polis idarələrinin rəhbərləri və onların müavinləri deportasiya haqqında göstəriş verə biləcəklər.

Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin əcnəbilərin Rusiyadan inzibati qaydada çıxarılması ilə bağlı qərar qəbul etmək hüququ haqqında qanun layihəsi 2024-cü ilin aprelində Dövlət Dumasına təqdim edilib. Rusiya Prezidenti Vladimir Putin sənədi avqust ayında imzalayıb.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью