Son 1 ayda 6 nəfəri ilan sancıb

15.05.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprel ayından bu yana Kliniki Tibbi Mərkəzə ilan zəhərlənməsi ilə bağlı altı xəstə hospitilizasiya olunub.

Bunu Bakıvaxtı.az-a açıqlamasında KTM-in həkim-toksikoloqu Aynur Məmmədova bildirib.

Qeyd edib ki, altı xəstədən artıq 4-ü evə buraxılıb. Hazırda şöbədə 2 xəstə var, vəziyyətləri qənaətbəxşdir:

"Onlar da bu gün evə buraxılacaqlar. Ölüm hadisəsi olmayıb. Uşaqlarda da zəhərlənmə olmayıb".

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью