Son 1 ayda Azərbaycanda ChatGPT nin bazar payı azalıb

03.02.2026

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay ChatGPT 84,62% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub. Buna baxmayaraq, "chatbot"un bazar payı 1 ay əvvəllə müqayisədə 6,16 faiz bəndi azalıb.

Banco.az "statcounter"ə istinadən xəbər verir ki, ötən ilin dekabr ayında ChatGPT-nin payı 90,78% təşkil edirdi.

Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (10,02%), Perplexity (2,68%), Claude (0,45%) Microsoft Copilot (2,23%). 

Qeyd edək ki, yanvarda qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (80,51%) olub. Onun ən yaxın rəqibi Perplexity-nin payı isə 7,87% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью