Son 1 ildə mənzillər 9,2 faiz bahalaşıb: STATİSTİKA KOMİTƏSİ

03.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanın mənzil bazarındakı qiymət artımı 2024-cü ilin üçüncü rübündə də davam edib. 

"Cebheinfo.az" xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin üçüncü rübündə ümumi mənzil bazarında qiymət indeksi əvvəlki rübə ikinci rübə nisbətən 3,8 faiz artıb. Bu artı, həm ilkin, həm də təkrar mənzil bazarlarında müşahidə olunub.

İlkin mənzil bazarındakı qiymət artımı daha yüksək olub - 4,3 faiz. Təkrar mənzil bazarında isə qiymətlər 3,7 faizyüksəlib.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artıb. İlkin mənzil bazarında artım daha yüksək olub və 10,3 faiz təşkil edib. Təkrar mənzil bazarındakı qiymət artımı isə 9,1 faiz olaraq qeydə alınıb. Bu artımlar ötən illə müqayisədə bazarın dinamik  inkişaf etdiyini göstərir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью