Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb

04.06.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son 10 ildə Azərbaycanda real ifadədə kənd təsərrüfatında artım 37,8 % olub.

Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 10 il ərzində kənd təsərrüfatı sahəsində davamlı artım dinamikası müşahidə olunur: "Bu həm bitkiçilik, həm heyvandarlıq sahəsinə aiddir. Belə ki, son 10 ildə ümumilikdə real ifadədə kənd təsərrüfatında artım 37,8 % olub. Bu göstərici bitkiçilik sahəsində 48,2 % və heyvandarlıq sahəsində isə 29,6 % idi. Ümumilikdə müsbət tendensiyalar olaraq da həmçinin aqrar və qida məhsullarının ixracının da 62,8 % yüksəldiyini qeyd edə bilərəm".

O əlavə edib ki, bu kontekstdə həmçinin hüquqi və institusional çərçivədə və həmçinin sahəyə dəstək verən infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər, fəaliyyətlər icra olunub: "Soyuducu anbarların həcmi artıb, taxıl elevatorlarının və logistika imkanları yaxşılaşdırılıb, həmçinin fermerlərin lizinqə çıxış imkanları yaxşılaşdırılıb. 96 mindən çox kənd təsərrüfatı texnikasına lizinqlərlər verilib".

report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью