Son 10 ildə BPdə işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb

05.11.2024

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 401 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər artıb.
10 il əvvəllə müqayisədə isə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 464 nəfər azalıb.
Müqayisə üçün qeyd edək ki, son 6 ildə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı aşağıdakı kimi olub:
1 oktyabr 2015-ci il – 2 865 nəfər
1 oktyabr 2016-cı il – 2 865 nəfər
1 oktyabr 2017-ci il – 2 739 nəfər
1 oktyabr 2018-ci il – 2 557 nəfər
1 oktyabr 2019-cu il – 2 524 nəfər
1 oktyabr 2020-cu il – 2 497 nəfər
1 oktyabr 2021-ci il – 2 287 nəfər
1 oktyabr 2022-ci il – 2 296 nəfər
1 oktyabr 2023-cü il – 2 395 nəfər
1 oktyabr 2024-cü il – 2 401 nəfər
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью