Son 11 ayın neft gəlirləri açıqlandı

06.12.2024

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Neft Fondunun (ARDNF) cari ilin 11 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 5 milyard 725,4 milyon dollar olub.

“Qafqazinfo” quruma istinadən xəbər verir ki, qeyd olunan dövrdə “Şahdəniz” yatağından (qaz və kondensat) 416 milyon 174 dollar gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 115,409 milyon dollar olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью