Son 11 ildə azərbaycanlılar Türkiyədən 11 min 576 mənzil alıblar

26.01.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Son 13 ildə – 2013-2025-ci illər ərzində Türkiyədə mənzil bazarında ümumilikdə 17 milyon 956 min 440 ev satılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadın xəbər verir ki, bu satışların 426 min 737-si əcnəbilərin payına düşüb. Beləliklə, son 13 ildə əcnəbilərə satılan evlərin ümumi satışlardakı payı təxminən 2,4% olub.
Statistikaya görə, əcnəbilərə ən çox ev satışı 2022-ci ildə qeydə alınıb. Həmin il 67 min 490 mənzil xarici vətəndaşlara satılıb və bu, ümumi satışların 4,5 faizini təşkil edib. Bu göstərici son 13 ilin ən yüksək səviyyəsi olub.
Əcnəbilərə ən az ev satılan il isə 2013-cü ildir. Həmin il xaricilərə cəmi 12 min 181 ev satılıb, pay göstəricisi isə 1,1% səviyyəsində qalıb.
Ümumi mənzil satışlarına baxdıqda, rekord göstərici 2025-ci ildə qeydə alınıb. Ötən il Türkiyədə 1 milyon 688 min 910 ev satılıb. Ən aşağı ümumi satış isə 2013-cü ildə olub – 1 milyon 157 min 190 mənzil.
Məlumatlar göstərir ki, əcnəbilərin mənzil bazarındakı payı xüsusilə 2021 və 2022-ci illərdə artıb.
2021-ci ildə pay 3,9%, 2022-ci ildə isə 4,5% olub. Sonrakı illərdə bu göstərici azalaraq 2024-cü ildə 1,6%, 2025-ci ildə isə 1,3% səviyyəsinə enib.
Onu da bildirək ki, son 11 ildə – 2015-2025-ci illər ərzində Azərbaycan vətəndaşları Türkiyədən ümumilikdə 11 min 576 mənzil alıblar.
Həmin illərdə Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı mənzillərin sayı illər üzrə belə olub:
2015-ci il – 815 mənzil;
2016-cı il – 610 mənzil;
2017-ci il –  942 mənzil;
2018-ci il – 1 250 mənzil;
2019-cu il – 1 191 mənzil;
2020-ci il – 1 279 mənzil;
2021-ci il – 1 517 mənzil;
2022-ci il –1 330 mənzil;
2023-cü il – 832 mənzil;
2024-cü il – 866 mənzil;
2025-ci il – 944 mənzil.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью