Son 11 mövsümün rekordu: 50 ci heç heçənin astanasında

05.05.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının XXXIII turunda 3 heç-heçə qeydə alınıb.

İdman.biz xəbər verir ki, “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.

Bununla da mövsüm ərzində qeydə alınan heç-heçələrin sayı 49-a çatıb. Bu, son 11 mövsümün rekordudur. Bərabərlik sayında 47 sülhün yaşandığı 2015/16 mövsümündəki göstərici üstələnib.

Daha çox heç-heçəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью